1. Əsas səhifə
  2. Biz kimik
  3. bp Azərbaycanda

bp Azərbaycanda

 

Bizim strukturumuz, təşkilatımız, aktivlərimiz haqqında məlumat əldə edin

bp Azərbaycan, Gürcüstan və Türkiyədə
Azərbaycanda bp Azərbaycan hökuməti ilə bağlanmış bir neçə hasilatın pay bölgüsü sazişi və tranzit əraziyə malik ölkə höküməti sazişi (TƏMÖHS) əsasında fəaliyyət göstərir. Gürcüstan və Türkiyədə o, ixrac boru kəmərləri və terminalları əhatə edən TƏMÖHS-lər əsasında fəaliyyət göstərir.
Hüquqi və biznes strukturu

 bp Azərbaycanda bir sıra hüquqi şəxslərin qismində fəaliyyət gostərir və bu da onun 1992-ci ildə Bakıda ilk ofisini acmasından bəri ölkədə və regionda kecdiyi təkamülü əks etdirir.

Əsas hüquqi şəxs BP Eksploreyşn (Kaspian Si) Limited (“BP Exploration(Caspian Sea) Limited”) şirkətidir.
 
11 vitse-prezident, tədarük və təchizat üzrə baş məsul şəxs, baş hüquq müşaviri bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərlik komandasını təşkil edir.

Qeydiyyatdan keçirilmiş ünvan

BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin Azərbaycandakı ofisinin qeydiyyatdan kecirilmiş ünvanı: Neftçilər prospekti 153, Nəsimi rayonu, Bakı, AZ1010.

Telefon: +994 (0)12 525 60 00

Əməkdaşlar
2022-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 
Dənizdəki hasilat yataqları
Azəri-Çıraq-Dərinsulu Gunəşli (AÇG) Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük neft yatağıdır. Şahdəniz (ŞD) çöx böyük dəniz qaz və kondensat yatağıdır.
Dənizdəki istismarda olan obyektlər
Çıraq platforması, Mərkəzi Azəri platforması, Qərbi Azəri platforması, Şərqi Azəri platforması, Şahdəniz Alfa platforması, Şahdəniz Bravo platforması, Dərinsulu Günəşli platforması, Qərbi Çıraq və Azəri Mərkəzi Şərqi platforması.
Nəqletmə və saxlama imkanları

NƏQLETMƏ: Səngəçal terminalı – Bakı şəhərinin cənubunda yerləşən neft və qaz emalı terminalı.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri – Səngəçal terminalını Turkiyənin Ceyhan dəniz terminalı ilə birləşdirən 1 768 km uzunluğunda (443 km Azərbaycanda) boru kəməri.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK) – Səngəçal terminalı ilə Gürcüstan-Turkiyə sərhədi arasında 691 km uzunluğunda (443 km Azərbaycanda) qaz boru kəməri.

 

Qərb İxrac Boru Kəməri (QİBK) – Səngəçal terminalını Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanı ilə birləşdirən 829 km uzunluğunda (456 km Azərbaycanda) boru kəməri. 


GÜNDƏLİK ÖTÜRMƏ QABİLİYYƏTİ: BTC - 1,2 milyon barel; CQBK - 72,2 milyon kubmetr qaz; QİBK - 106 min barel; Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, qaz emalı və ixracı gücü təqribən 100 milyon standart kubmetr və xam neft saxlama həcmi 3,2 milyon barel (450,000 ton) təşkil edir.

Geoloji-kəşfiyyat işləri
Şəfəq-Asiman kəşfiyyat ərazisi, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturları və D230 bloku.
Əsaslı xərclər
2022-ci ilin sonunda AÇG üzrə fəaliyyətlərə 1624 milyon dollar, BTC üzrə 27 milyon dollar, Şahdəniz üzrə təxminən 463 milyon dollar(bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub) və genişləndirilmiş boru kəməri (CQBKG) üzrə fəaliyyətlərə təqribən 5 milyon dollar əsaslı xərclər çəkilmişdir.
Hasilat

2022-ci il üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

 

Şahdəniz yatağında ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə, təqribən 25 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 36 milyon barel) kondensat hasil edilmişdir.

Biz Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində dəyərli, etibarlı və uzunmüddətli bir tərəfdaş olmağa çalışırıq

 

bp ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda öz ilk ofisini açıb. Ötən illər ərzində Azərbaycan Hökuməti və tərəfdaşlarımız ilə olan tərəfdaşlıq çərçivəsində bp-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə vermişdir. Bu illər təhlükəsiz, məsuliyyətli və səmərəli əməliyyatlar əsasında bir çox əhəmiyyətli və özünəməxsus əlamətdar hadisələrlə müşayiət olunmuşdur. Yuxarıda qeyd edilən layihələrin operatoru olaraq biz və eləcə də tərəfdaşlarımız uzun illik fəaliyyət müddəti boyunca ötən aylar və illərin çoxsaylı böyük nailiyyətləri və uğurları ilə qürur duyur.

 

84 milyard
dollardan çox 1995-ci ildə əməliyyatların başlamasından bəri AÇG, BTC, Şahdəniz və CQBK layihələri üçün çəkilmiş əsaslı xərclərdir

 

Bütün bu uğurlar bizim burada qurduğumuz mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyümüz uzunmüddətli öhdəlikdən irəli gəlir.

 

  • Bu öhdəliyə sadiqliyimiz:iqtisadiyyatın güclənməsinə və böyüməsinə töhfə verib;
  • Azərbaycan dövləti üçün möhtəşəm iqtisadi inkişafın təməlini təşkil edən yeni əhəmiyyətli gəlir axını təmin edib;
  • Azərbaycanın dünyanın digər ölkələri ilə qurduğu yeni kommersiya əlaqələrinə böyük töhfə verib;
  • dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına stimul verib;
  • dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsinə və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına gətirib çıxarıb;
  • on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə verib;potensialın yaradılması, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verib və ümumilikdə ölkənin bacarıq və səriştə bazasını gücləndirib;
  • yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edib;
  • mədəni irsin və idmanın inkişafına dəstək verib.

 

Biz regiondakı fəaliyyətimizlə qürur duyuruq və uzunmüddətli etibarlı tərəfdaş kimi AÇG, Şahdəniz Mərhələ 1 və Mərhələ 2, yeni işlənmə və kəşfiyyat layihələrin əməliyyatçılığını təhlükəsiz və səmərəli şəkildə davam etdirəcəyik və yerli işçi qüvvəsi üçün yeni iş yerləri açacağıq və sosial inkişaf üçün yeni imkanlar yaradacağıq.

 

Biz ölkənin dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələri qurmasına yardım etməklə Azərbaycanın gələcək inkişafına töhfə vermək öhdəliyimizə sadiq qalırıq.

 

Şahdəniz qaz-kondensat yatağı 1999-cu ildə kəşf edilmişdir. Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi, AYDH, Şəfəq-Asiman, D230 və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik.

 

4.1 milyard
barel neft 1997-ci ildə ilk neft hasilatından başlayaraq 2021-ci ilin birinci rübünün sonunadək AÇG-dən hasil olunub
 
164 milyard
kubmetr qaz 2006-cı ildə ilk qaz hasilatından başlayaraq 2021-ci ilin birinci rübünün sonunadək Şahdəniz yatağından hasil olunub

 

Xəzərdə qazandığımız 30 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcək aparıcı operatoruq.

 

Fəaliyyətimizin miqyası:
Xəzər dənizində biz iki nəhəng yatağın – Azəri-Çıraq-Günəşli (AÇG) neft və Şahdəniz (ŞD) qaz yataqlarının əməliyyatçısıyıq. Bu yataqlar böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu cür ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300km uzunluğa malik üç ixrac boru kəməri daxildir. Təhlükəsiz və etibarlı operator kimi, biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik.

 

 

BP ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda öz ilk ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan Hökuməti və tərəfdaşlarımız ilə olan tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə vermişdir. Bu illər təhlükəsiz, məsuliyyətli və səmərəli əməliyyatlar əsasında bir çox əhəmiyyətli və özünəməxsus əlamətdar hadisələrlə müşayiət olunmuşdur. Yuxarıda qeyd edilən layihələrin operatoru olaraq biz və eləcə də tərəfdaşlarımız bu 25 illik fəaliyyət müddəti boyunca ötən aylar və illərin çoxsaylı böyük nailiyyətləri və uğurları ilə qürur duyur.

Bütün bu uğurlar bizim burada qurduğumuz mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyümüz uzunmüddətli öhdəlikdən irəli gəlir. Bu öhdəliyə sadiqliyimiz:

  • iqtisadiyyatın güclənməsinə və böyüməsinə töhfə verib;
  • Azərbaycan dövləti üçün möhtəşəm iqtisadi inkişafın təməlini təşkil edən yeni əhəmiyyətli gəlir axını təmin edib;
  • Azərbaycanın dünyanın digər ölkələri ilə qurduğu yeni kommersiya əlaqələrinə böyük töhfə verib;
  • dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına stimul verib;
  • dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsinə və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına gətirib çıxarıb;
  • on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə verib;
  • potensialın yaradılması, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verib və ümumilikdə ölkənin bacarıq və səriştə bazasını gücləndirib;
  • yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edib;
  • mədəni irsin və idmanın inkişafına dəstək verib.
Biz regiondakı fəaliyyətimizlə qürur duyuruq və uzunmüddətli etibarlı tərəfdaş kimi AÇG, Şahdəniz Mərhələ 1 və Mərhələ 2, yeni işlənmə və kəşfiyyat layihələrin əməliyyatçılığını təhlükəsiz və səmərəli şəkildə davam etdirəcəyik və yerli işçi qüvvəsi üçün yeni iş yerləri açacağıq və sosial inkişaf üçün yeni imkanlar yaradacağıq.
Azəri-Çıraq-Günəşlidən hasil edilən neftin həcmi 3 milyard bareldən artıqdır
Biz ölkənin dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələri qurmasına yardım etməklə Azərbaycanın gələcək inkişafına töhfə vermək öhdəliyimizə sadiq qalırıq.
Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi, AYDH, Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik. Xəzərdə qazandığımız 25 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcək aparıcı operatoruq.
Fəaliyyətimizin miqyası: 
Xəzər dənizində biz iki nəhəng yatağın – Azəri-Çıraq-Günəşli (AÇG) neft və Şahdəniz (ŞD) qaz yataqlarının əməliyyatçısıyıq. Bu yataqlar böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu cür ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300km uzunluğa malik üç ixrac boru kəməri daxildir. Təhlükəsiz və etibarlı operator kimi, biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik.
Şahdənizdən hasilat başlanandan bəri ümumilikdə 78 milyard standart kubmetr qaz
kondensat əldə edilib