1. Əsas səhifə
  2. Cəmiyyət

Cəmiyyət

 

İctimaiyyətlə əlaqələrimiz

Azərbaycanda fəaliyyət göstərdiyi illər boyu  bp və tərəfdaşları Azərbaycanda böyük sosial sərmayə layihələrinin həyata keçirilməsində əzmkarlıq nümayiş etdirmişlər. Qeyd olunanlara təhsil proqramları, yerli icmalarda bacarıq və imkanların inkişaf etdirilməsi, icmalarda sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə və təlim imkanları təmin etməklə yerli müəssisələrə dəstək, mədəni irs və idmana dəstək aiddir.
Sosial sərmayə layihələrimiz barədə ətraflı burada

Sosial sərmayələr 

 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.


2022-ci ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,4 milyon dollardan artıq vəsait xərcləmişlər. İl ərzində bu layihələrə 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən beş layihə və ətraf mühit üzrə iki təşəbbüs daxil idi.


Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • bp-nin (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) uğurla başa catdırdığı “Sahibkarlığın İnkişafı Proqramı” (SİP). Bu milyonlarla dollar dəyərində layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyırdı. SİP Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsi idi. 2022-ci ildə proqram  yerli təşkilatlarda potensialın inkişafına dəstək yönümündə fəaliyyətini davam etdirib. Bu fəaliyyətə əsasən bəzi təlim mərkəzlərinin peşə təhsili potensialının inkişafına, həmçinin üç yerli təşkilatda bacarıqların inkişafına dəstək daxil idi. Bundan əlavə, 20 nəfər fərdi sahibkar (Vətən Müharibəsinin veteranları) “Kulane” peşə təhsili mərkəzi ilə əməkdaşlıqda həyata keçirilən peşə bacarıqlarının inkişafı proqramı çərçivəsində təlimləri bitirib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) aztəminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 482 şagirdin 409-u (85%-i) ali məktəblərə daxil olub. Proqramın altıncı mərhələsinin 93 iştirakçısından 76 nəfəri ali məktəblərə, səkkizi isə yerli koleclərə daxil olub. Layihənin nəticələrini və ümumi uğurunu nəzərə alaraq, bp və tərəfdaşları layihəni 2022-2023-cü tədris ilində də davam etdirmək qərarına gəliblər. 
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni uğurla tamamlayıb. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramı (ASEP) əsasında ADA Universitetində həyata keçirilib. Təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin nəzdində yerləşən və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilatlardan olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış və sertifikatlaşdırılmış biznes təhsili üzrə kurrikuluma əsaslanıb. Duke CE bu proqramı  ABŞ-ın insan resursları üzrə aparıcı konsultant şirkətlərindən biri olan və liderliyin inkişafı üzrə ixtisaslaşan “Korn Ferry” ilə tərəfdaşlıqda hazırlayıb və həyata keçirib. Proqram çərçivəsində altı qrup üçün təlim keçilib və bu qruplarda ümumilikdə dövlət və özəl sektoru təmsil edən 123 rəhbər işçi iştirak edib. bp və tərəfdaşları 108 nəfər iştirakçının təliminin müəyyən hissəsini maliyyələşdirib.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üçillik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin daha geniş inkişaf etdirilməsi nəzərdə tutulur. Hazırda proqram birinci və ikinci tədris qrupunda təxminən 40 tələbənin iştirakı ilə uğurla davam edir. Birinci qrupun 20 tələbəsi öz ikiillik magistr təhsilini artıq bitirib, ikinci qrupun 19 tələbəsi ABŞ-nin Corc Vaşınqton Universitetində payız semestrini başa çatdırıb, üçüncü qrupun 20 tələbəsi isə ADA Universitetində birinci semestri başa vurublar.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 13-17 yaş arası məktəblilərin faydalandığı karyera planlaması, maliyyə biliyi və sahibkarlıq sahəsində distant təhsilə yönəlmiş sosial investisiya təşəbbüsünü uğurla başa çatdırmışdır. Layihə çərçivəsində sahibkarlığa dair 10, maliyyə biliyi üzrə doqquz, karyera planlaması mövzularında isə iki video dərs hazırlanmış və onlayn və ictimai telekanallar vasitəsilə ictimaiyyətə təqdim olunmuşdur. Layihə həmçinin Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Qax, Zaqatala və Qəbələdə yerləşən 30 məktəbdə sahibkarlıq və maliyyə biliyi üzrə dərsdənkənar məşğələlərin keçirilməsinə dəstək vermişdir. Ümumilikdə layihə çərçivəsində 64 məktəb müəlliminə sahibkarlıq və maliyyə biliyi üzrə təlimlər keçilib, 3000-dən çox şagirdin faydalanacağı müvafiq tədris və təlim materialları hazırlanıb. 
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ABB Tech Akademiyası layihəsini uğurla tamamlayıb. Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilmişdir ki, bu da onların sürətlə dəyişən texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Layihə iştirakçılarından 150 nəfərinin təlimi bp və onun tərəfdaşları və ABB tərəfindən birgə maliyyələşdirilib. Layihə müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı təmsil edən iştirakçıların təlimi ümumilikdə doqquz qrupda təşkil olunmuşdur.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ingilis dili müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməyi nəzərdə tutan sosial layihəni dəstəkləyir. 2021-ci ildə ümumilikdə 74 nəfər müəllim ingilis dili təlimlərini uğurla bitirib və bundan sonra proqram mentorluq sessiyaları ilə davam edib. Layihə çərçivəsində həmçinin ADNSU müəllim heyətinin ehtiyaclarına əsaslanaraq əlavə onlayn sessiyalar da keçiriləcək.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Gəncə məktəblərində ingilis dili tədrisinin keyfiyyətinin artırılmasına dəstək məqsədli təhsil proqramını uğurla tamamlayıb. Proqram xüsusi olaraq 120 məktəb müəlliminin öz ingilis dili biliklərini artırmasına və tədris metodologiyalarını təkmilləşdirməsinə yardım etmək üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə ingilis dilinin xarici dil (EFL) kimi tədrisinin ən müasir və kommunikativ formalarına əsaslanan geniş təlimlər keçirilmişdir. Buna müvafiq olaraq, proqramın kurikulumu tədris metodologiyasının bütün aspektlərini əhatə etməklə ümumi ingilis dilindən, yəni ingilis dilində şifahi və yazılı ünsiyyət və metodologiya təlimindən ibarət olub.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 gənc üçün biznes inkubasiya modelini tətbiq etməklə kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli sosial layihəni uğurla bitirib. Layihə çərçivəsində iştirakçılara öz bizneslərinə  başlamalarına dəstək olmaq üçün təlimlər keçilib və onlar lazımi avadanlıqlarla təmin olunub.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) autizm üzrə yerli mütəxəssislər üçün qabaqcıl beynəlxalq təcrübələrə çıxış imkanı yaratmaqla onlara dəstək verməyi nəzərdə tutan layihəni uğurla həyata keçirib. Layihə çərçivəsində beynəlxalq miqyasda təsdiqlənmiş təlim proqramlarından istifadə etməklə 60 yerli mütəxəssisin ixtisas artımına dəstək, beynəlxalq təlim və tədris materiallarının tərcüməsi, habelə ictimai maarifləndirmə fəaliyyətləri nəzərdə tutulmuşdur. Bundan əlavə, bir qrup autizmli şəxsin öz fərdi inkişaf və biznes planlarını hazırlamasına və bununla da onların məşğulluq imkanlarının artırılmasına dəstək verilmişdir. Layihə çərçivəsində həmçinin autizm proqramları haqqında kitabın hazırlanması, məlumatlandırma məqsədli fotosessiyanın keçirilməsi, autizm velosiped turunun və dəb gecəsi kimi əyləncəli bir tədbirin təşkili də daxil idi. Layihə çərçivəsində 10 nəfər autizmli şəxs təcrübə proqramını bitirərək öz məşğulluq imkanlarını artırıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı və Gəncədə təlim və təcrübə vasitəsilə yerli işçi qüvvəsinin maliyyə biliklərini artırmaq məqsədli sosial layihəni uğurla başa çatdırıb. 32-si Bakıdan və 38-i isə Gəncədən olmaqla, layihənin ümumilikdə 70 nəfər iştirakçısı maliyyə, mühasibat uçotu və vergilər üzrə təlim keçib, daha sonra isə praktiki təcrübə proqramında iştirak edib. Layihənin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub. Layihə çərçivəsində əlavə olaraq dövlət və özəl müəssisələrin işəgötürənləri ilə əmək yarmarkası keçirilib. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlmiş ikiillik ətraf mühit layihəsinə dəstək verir. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında 250 000 yeni ağac əkiləcək və bundan əvvəl əkilmiş 110 000 ağaca qulluq göstəriləcək. Bundan başqa, Qobustan rayonunda seçilmiş ərazinin 1 hektarında suya qənaət edən avadanlıq və çoxqatlı əkin texnologiyası ilə innovativ ağacəkmə sistemi tətbiq ediləcək. İndiyədək layihə çərçivəsində Samuxda 50000, Şəmkirdə 28000, Qobustanda isə 800 ağac əkilib. Bundan əlavə, Şəmkirdə 172000, Qobustanda isə 200 agacın əkilməsi üçün torpaq hazırlığı davam etdirilib.
  • bp (Azərbaycanda bp-nin operatoru olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz və Ağstafa rayonlarında Vətən Müharibəsində zərər çəkmiş ailələrə dəstək məqsədli sosial layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində benefisiarlara sosial və psixoloji reabilitasiya və hüquq xidmətləri üzrə dəstək verilmiş, həmçinin iki şəbəkələşmə düşərgəsində iştirak etmək imkanı yaradılmışdır. Layihə çərçivəsində ümumilikdə 400-dən çox benefisiar psixoloji və hüquqi dəstək alıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) xüsusi ehtiyacları olan tələbələr üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən bədən tərbiyəsi üzrə inklüziv təhsil modelinin hazırlanması və tətbiqinə dəstək məqsədli layihə həyata keçirir. Layihə çərçivəsində bir qrup beynəlxalq mütəxəssis bədən tərbiyəsi üzrə inklüzivliyin dərəcəsini qiymətləndirib və bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına öz tövsiyələrini verib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) hökumətin demoqrafik proqnozlaşdırma və planlaşdırma təşəbbüslərini dəstəkləmək üçün yeni bir layihəyə başlayıb. Layihəyə dövlət sektorundakı işçilərə təlimlərin keçilməsi və ölkənin iqtisadi və inzibati rayonlarını əhatə edən məlumat toplularının yaradılması daxildir. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) kommersiya, əmək və ailə məsələlərində fiziki və hüquqi şəxslərin qaldırdığı mübahisələrin effektiv şəkildə həll edilməsi üçün yerli Mediasiya Şurasının imkanlarının artırılmasına yönəlmiş yeni bir layihəyə başlayıb. Bu məqsədlə Mediasiya Şurasına getdikcə artan mübahisələrin onlayn həllində kömək edəcək veb-əsaslı həll hazırlanacaq. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Ali Neft Məktəbində tələbələr və professor-müəllim heyəti üçün bərpa olunan enerji mənbələri üzrə dərsliyin hazırlanmasına dəstək verib. “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı 220 səhifəlik yeni dərslikdən əlavə layihənin əhatə dairəsinə bakalavr pilləsindəki tələbələr üçün xüsusi hazırlanmış yeni təlim kursunun yaradılması da daxildir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) aztəminatlı ailələrdən olan 40 benefisiarın bilik və bacarıqlarını rəsmiləşdirməsinə dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində bərbər, dərzi, qənnadçı-şirniyyatçı və qaynaqçı kimi peşə sahələrində iştirakçıların nəzəri və praktiki biliklərini yeniləmək üçün təlimlər keçilib və sonra onlar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) imtahanında iştirak ediblər. Təlimlərdə iştirak etmiş 40 nəfərdən 38-i proqramı uğurla bitirərək TKTA tərəfindən müvafiq peşə üzrə diplom alıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 44 ucqar məktəbi əlçatan və ekoloji cəhətdən təmiz istilik sistemləri ilə təmin etmək məqsədi daşıyan sosial layihəni uğurla bitirib. Layihə çərçivəsində ümumilikdə 815 sinifdən ibarət seçilmiş kənd məktəbləri pellet sobaları ilə təchiz olunub.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) dörd orta məktəbdə (ikisi Bakıda və ikisi Sumqayıtda olmaqla) inklüziv təhsilə dəstək məqsədli sosial layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində məktəblərdə xüsusi tədris otaqları yaradılmış və zəruri inventar, mebel və texnologiya ilə təchiz edilmiş, habelə tədris prosesini təkmilləşdirmək üçün tədris heyətinə həmin texnologiyanın istifadəsi ilə bağlı təlim keçilmişdir. Layihə həmçinin inklüziv təhsil barədə sosial məlumatlılığı artırmaqla məktəb ictimaiyyətində davranış dəyişikliyinə nail olmağa dəstək verib. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2022-ci ildə təxminən 2 milyon dollar vəsait xərcləmişdir. Bu layihələrdən 12-si təhsili, biri yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını, üçü ətraf mühiti, altısı isə ölkədə mədəni irsin və idmanın inkişafını dəstəkləyən  təşəbbüslər olub. Bundan əlavə, bp il ərzində müxtəlif mövzularda keçirilən ümumilikdə 14 konfrans, sərgi, forum və simpoziuma sponsorluq edib.

 

Bu layihələrdən bəziləri aşağıdakılardır:

 

  • bp şirkəti startap və innovasiya, korporativ maliyyə, marketinq, sosial tədqiqat, beynəlxalq münasibətlər, iqtisadi siyasət, menecment iqtisadiyyatı, biznes və iqtisadiyyat üçün statistika, ekonometrika, psixologiya və informasiya təhlükəsizliyi barədə 14 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləmişdir. Layihənin 15-dən çox yerli universitetdə 16 ixtisas üzrə tədris keyfiyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.
  • bp şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində elmi-tədqiqat fəaliyyətini və bu ali məktəbin beynəlxalq universitetlərlə əməkdaşlığını genişləndirmək vasitəsilə  universitetin nanoelektromexaniki sistemlərə yönəlmiş tədqiqat potensialının artırılması layihəsini dəstəkləyib. 
  • bp şirkəti ölkənin startap icmasının Avropadakı təcrübə və maliyyələşdirmə imkanlarına çıxışını təmin etmək məqsədli bir layihəyə sponsorluq edib. Layihə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Macarıstanın ixracın təşviqi üzrə dövlət agentliyi ilə əməkdaşlıqda həyata keçirilib. Layihə çərçivəsində 29-dək yerli startapçını Macarıstan, Almaniya və Birləşmiş Krallığı əsas götürməklə Avropanın innovasiya ekosistemi ilə tanış etmək üçün nəzərdə tutulmuş bir sıra təlim fəaliyyətləri həyata keçirilib.
  • bp şirkəti qurama sənətinə dair seçilmiş tədqiqat materialları toplusunun  rus dilindən Azərbaycan və ingilis dillərinə tərcümə olunması və nəşri layihəsinə dəstək verib.
  • bp şirkəti məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmaları üçün onların stolüstü kitabı olacaq vəsaitin hazırlanmasına dəstək verib. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Layihənin əsas məqsədi məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir.
  • bp şirkəti Şonqar qəsəbəsindəki tullantıların idarə edilməsi obyektinin yaxınlığında 1300 agacdan ibarət zeytun meşəsinin salınması layihəsini dəstəkləyir. Layihənin məqsədi torpaq eroziyasının qarşısını almaq, havanın tozlanmasını azaltmaq və ərazidə ətraf mühitin qorunmasını artırmaq səylərinə dəstək verməkdir. 
  • bp şirkəti Xocasən-Lökbatan yolunun yaxınlığında 60 000-dən çox ağacın əkilməsi üçün irriqasiya sisteminin yaradılması layihəsinə dəstək verir.
  • bp şirkəti Ceyranbatanda agac yetişdirmə potensialını dəstəkləmək məqsədilə istixana sisteminin quraşdırlıması layihəsini həyata keçirir. Layihə ölkə üzrə ağacəkmə kampaniyasına dəstək olaraq ildə 1 milyon tingin təmin edilməsini nəzərdə tutur.
  • bp şirkəti Yevlax, Bakı və Şirvandakı reabilitasiya mərkəzlərinin mütəxəssisləri üçün DanceAbility metodu üzrə təlim proqramına əsaslanan layihəyə dəstək verib. Layihə Azərbaycanda əlilliyi olan şəxslərin müalicəsi və reabilitasiyasında inklüzivliyi təmin etmək məqsədi daşıyırdı və DanceAbility məşqləri vasitəsilə universal ünsiyyət üsulları təklif edirdi. Layihə çərçivəsində Yevlax, Bakı və Şirvandakı reabilitasiya mərkəzlərinin 52 mütəxəssisini əhatə edən ümumilikdə 28 (14 onlayn və 14 oflayn) təlim sessiyası keçilib.
  • bp şirkəti Bakı Dövlət Universiteti üçün 15 000 tələbə və professor-müəllim heyətinin faydalanacağı rəqəmsal kitabxana layihəsinə sponsorluq edir. 
  • bp şirkəti səkkiz universitetdə inzibati heyətin, tələbələrin və müəllimlərin təlimi, kurrikulumun və tədris materiallarının hazırlanması vasitəsilə layihələrin idarə edilməsi imkanlarının artırılması layihəsini dəstəkləyir.
  • bp şirkəti III Beynəlxalq Autizm ABA Azərbaycan Konfransına sponsorluq edib. Builki konfransda beynəlxalq ekspertlər bir araya gələrək autizm spektr pozuntusu olan insanlarda müxtəlif bacarıqların inkişaf etdirilməsinin müasir üsullarını müzakirə ediblər.
  • bp şirkəti Azərbaycanda milli idmanın inkişafını dəstəkləmək məqsədilə Milli Olimpiya və Paralimpiya Komitələri ilə onillik tərəfdaşlığını 2024-cü ilin sonunadək uzadıb.
  • bp şirkəti gənclər arasında mövcud biznes potensialı haqqında məlumatlılığı artırmaqla ölkənin gələcək biznes liderlərinin yetişdirilməsinə yönəlmiş “Azərbaycan Biznes Keys Müsabiqəsi 2022”yə sponsorluq edib.
  • bp şirkəti 26-29 may tarixlərində Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” birinci Aerokosmik və Texnologiya Festivalında iştirak edib. Festival zamanı bp-nin bir qrup əməkdaşı müxtəlif texnoloji mövzularda təqdimatlarla çıxış edib.
  • bp şirkəti hazırda Bakı Enerji Həftəsi kimi tanınan 27-ci Xəzər Neft və Qaz Sərgisinə sponsorluq edib və tədbirdə yaxından iştirak edib. 
  • bp şirkəti ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin, ABŞ Hərbi Dəniz Qüvvələrinin Enerji üzrə Akademik qrupunun və SOCAR-ın birgə əməkdaşlığı ilə keçirilmiş “Kritik Enerji İnfrastrukturunun Qorunması və Dayanıqlığı” proqramına dəstək verib. Proqramın məqsədi ölkənin enerji təhlükəsizliyi səylərini artırmaq və bu sahədə təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək idi. bp-nin Bakı ofisindən bir qrup mütəxəssis də proqramda iştirak edib.
  • bp şirkəti  tələbələr arasında biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığı təşviq etmək məqsədi daşıyan 2022 Enactus Azərbaycan Milli Yarışının sponsorluq edib. Qalib komanda Azərbaycanı 2022 Enactus Dünya Kubokunda təmsil edəcək.
  • bp şirkəti “SABAH.lab” Akselerasiya Mərkəzinin təşkil etdiyi və ölkədə innovasiya ekosisteminin inkişafına həsr olunmuş ən böyük startap və innovasiya tədbiri olan “Bakı İnvestisiya Günü” (Baku ID) tədbirinə sponsorluq edib.
  • bp şirkəti ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkilatçılığı ilə 16-cı Bakı İllik Yay Enerji Məktəbinə sponsorluq edib. Bakı Yay Enerji Məktəbi enerji və ətraf mühit məsələlərinə yönəlmiş iki həftəlik sertifikatlaşdırma proqramıdır. Əvvəlki illərdə olduğu kimi, proqram çərçivəsində bp-nin bir qrup yüksək vəzifəli nümayəndəsi sessiyalar keçirib.
  • bp şirkəti ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) İnkişaf və Diplomatiya İnstitutunun (IDD) ADA Universitetində təşkil etdiyi 2022-ci il Regional Enerji Təhlükəsizliyi Simpoziumuna dəstək verib. Tədbir regional əməkdaşlıq vasitəsilə regional enerji təhlükəsizliyinin və dayanıqlığın gücləndirilməsinə həsr edilmişdir.
  • bp şirkəti Heydər Əliyev Fondu ilə tərəfdaşlıqda Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlmiş “Dünya xəzinələri – Azərbaycan” adlı yeni filmi ictimaiyyətə təqdim edib. Film Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixi və mədəni irs xəzinələrini təqdim edir və Azərbaycanın misilsiz mədəni irsinin beynəlxalq miqyasda təbliğinə növbəti bir töhfədir.
  • bp şirkəti “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” adlı beynəlxalq konfransın sponsorluq edib. Tədbirin məqsədi Azərbaycanda və dünyada ekoloji tarazlığın qorunmasında iştirak edən qurumları bir araya gətirərək yaşıl iqtisadiyyat sahəsində əldə olunan elmi nəticələrin müzakirəsini təşkil etmək idi.
  • bp şirkəti Azərbaycan - BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyi və BMT Gününə həsr olunmuş Beynəlxalq Xeyriyyə Yarmarkasına sponsorluq edib.
  • bp şirkəti Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq çərçivəsində IBSA Judo Grand Prix Baku 2022 yarışmasına sponsorluq edib. Yarışlara 42 ölkəni təmsil edən 280-dək idmançı və nümayəndə qatılıb.
  • bp şirkəti Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə “Avrasiyada Dinamik Enerji Landşaftı: Enerji Təhlükəsizliyinə Qlobal Təhdidlər, Regional Problemlər və İmkanlar” mövzusunda keçirilən 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq elmi konfransına sponsorluq edib. Tədbirin əsas məqsədi Avrasiyanın enerji sektoru və ümumilikdə enerji keçidi dövrünün müxtəlif aktual mövzularını müzakirə etmək idi.
  • bp şirkətinin əməkdaşları neft-qaz sənayesi üzrə öz bilik və təcrübələrini Azərbaycanlı gənclərlə bölüşmək məqsədilə 5 yerli universiteti təmsil edən 40 nəfər tələbəyə neft-qaz mühəndisliyi, əməyin təhlükəsizliyi, az karbonlu enerji və çeviklik üzrə üçgünlük təlimlər keçib və tələbələrə bu sahələr üzrə nəzəri biliklərin təcrübədə tətbiqi barədə məlumat verib. Təlimin sonunda iştirakçılara bp-nin daxili sertifikatları da təqdim edilib.
  • bp şirkəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı”na sponsorluq edib. Festivalın məqsədi STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, həmçinin innovasiya və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsi idi.
  • bp şirkəti Azərbaycanın və dünyanın poeziya nəhənglərindən biri olan Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə öz töhfəsini verib. Bu məqsədlə bp “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı sanballı tədqiqat kitabı və Nizami Gəncəvinin “Xəmsə”sinin tarixi əlyazmalarından seçilmiş “Qələmin sehri” adlı miniatürlər toplusunun nəşrinə sponsorluq edib. Hər iki kitab Prezident İlham Əliyevin dahi Nizaminin anadan olmasının 880 illiyi münasibətilə elan etdiyi “Nizami Gəncəvi İli”-nə bp-nin hədiyyəsidir. 
  • bp şirkəti Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün 11 000 tələbə və professor-müəllim heyətinin faydalanacağı rəqəmsal kitabxana layihəsinə sponsorluq edib. 
  • bp şirkəti Memarlıq və İnşaat Universitetinin elmi-tədqiqat və tədris imkanlarını artırmaq məqsədilə həmin universitetdə elektronika və elektrik mühəndisliyi, enerji səmərəliliyi və bərpa olunan enerji laboratoriyalarının yaradılmasına dəstək verib.
  • bp şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün təxminən 10 000 tələbə və 800 professor-müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin edəcək çap və nəşriyyat mərkəzi təqdim edib.

Əlavə məlumat üçün bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.Telefon: (+994 12) 525 5895

Tərəfdaşlarımızla birgə 2021-ci il ərzində yerli icmaların və ölkədə müxtəlif sahələrin inkişafına yönəlmiş sosial investisiya layihələrini dəstəkləməyə davam etmişik.

Bəzi möhtəşəm nəticələr haqqında videoya baxın

"Gələcəyini qur" gəncliyə dəstək layihəsinin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır.

 

Layihə barədə bu qısa videoya baxın

 

 
Müxtəlifliyi dəstəkləyitik

İnklüzivliyi əməldə dəstəkləyirik

Tərəfdaşlarımızla birlikdə əlilliyi olan şəxslərin peşə və ixtisas artımına dəstək oluruq


 

Beynəlxalq iqtisadi bilikləri Azərbaycana gətiririk 

 

Beynəlxalq iqtisadi nəzəriyyə və siyasət, makroiqtisadiyyat və  mikroiqtisadiyyat haqqında dünyada geniş yayılmış üç kitabdan birbaşa istifadə imkanı

 

 
 
Beynəlxalq iqtisadi biliklər

Tərəfdaşlarımızla birgə 2017-ci ildə başladığımız “Şirin Qızıl” layihəsi uğurla başa çatıb. 

 

Layihənin yerli icmalara gətirdiyi bir sıra davamlı faydalar barədə ətraflı videomuzda