1. Əsas səhifə
  2. Məxfilik bildirişi

Məxfilik bildirişi

Şəxsi məlumatların qorunmasına dair bəyanat

 

Təşkilatımız və veb-səhifə barədə informasiya

BP şirkəti sizin məxfiliyə hörmətlə yanaşır və onu qorumaq barədə öhdəlik götürür. Şəxsi məlumatların qorunmasına dair bu bəyanatı təqdim etməkdə məqsədimiz sizi Şəxsi məlumatların qorunmasına dair siyasət və metodlarımız barədə, həmçinin sizə aid informasiyanın onlayn rejimdə necə toplanması və həmin informasiyanın necə istifadə edilməsinə münasibətdə edə biləcəyiniz seçimlər barədə məlumatlandırmaqdır. Bu veb-sayt Azərbaycan qanunlarına uyğun olaraq tənzimlənir. Azərbaycan məhkəmələri bu veb-səhifənin tərəfinizdən istifadə edilməsindən irəli gələn bütün mübahisələrə münasibətdə qeyri-müstəsna yurisdiksiyaya malikdir. bp.com veb-səhifəsi "Neftçilər prospekti 153, Xəzər Mərkəzi" ünvanında yerləşən BP Azərbaycan şirkətinə məxsusdur.

 

Avtomatik toplanan məlumat

Biz, ziyarətçinin domenini və IP ünvanını avtomatik olaraq qeydə alırıq; həmin informasiya bir fərd kimi sizi deyil, yalnız sayta baxmaq üçün istifadə edilməkdə olan kompüteri göstərir. Sizə təklif etdiyimiz xidmətimizi təkmiləşdirmək məqsədilə, həmin məlumatlar əhatə dairəsini yaxşılaşdırmaq, saytın dünyanın hansı hissəsində istifadə edildiyini öyrənmək, sayta daxil olma hallarını təhlil etmək və saytdan istifadəni daha yaxşı başa düşmək üçün istifadə edilir. Biz sözügedən vasitələrlə avtomatik qeydə alınan informasiyanı konkret fərdlər barədə şəxsi məlumat ilə əlaqələndirmirik. "Cookie" fayllar hər hansı bir veb-sayta daxil olma nəticəsində kompüterinizdə saxlanılan kiçik mətn fayllarıdır. Bu, sözügedən sayta əvvəllər də daxikl olduğunuzu bilməyə imkan verir və bəzi hallarda sizin üstünlük verdiyiniz seçimləri qeydə almaq üçün istifadə edilə bilər.

 

"Cookie" faylları

Biz "cookie" fayllarından iki məqsədlə istifadə edirik:

  • Saytlarımızı təkmilləşdirmək və idarə etmək məqsədilə istifadə sxemlərini izləməyimizə kömək üçün
  • Sayta daxil olarkən seçimləri şəxsən sizə uyğunlaşdırmaq məqsədilə üstünlükverdiyiniz seçimlərin qeydə alınması üçün

Bu veb-saytda dörd növ "cookie" fayllardan istifadə edilir:

 

Seans "cookie" faylları

 

Bunlar müvəqqəti "cookie" fayllardır və yalnız brauzeriniz bağlananadək yaddaşda qalır. Həmin fayllar veb proqramımız vasitəsilə sizin bir səhifədən digər səhifəyə keçidinizə aid informasiyanı saxlamaq məqsədilə istifadə edilir (misal üçün, bir neçə ekran üzərindən hər hansı bir forma doldurularkən).

 

Veb-analitika "cookie" faylları

 

Həmin "cookie" fayllar saytlarımızı təkmilləşdirmək və idarə etmək məqsədilə tərəfimizdən anonim statistik məlumatları toplamağımıza kömək üçün istifadə edilir.  Toplanan informasiyaya misal olaraq sayta giriş üçün istifadə etdiyiniz ünvan və saytda naviqasiya zamanı istifadə etdiyiniz brauzer parametrlərini qeyd etmək olar.  Həmin fayllar uzunmüddətlidir, yəni brauzer bağlanarkən silinmir və 2 illik müddətdən sonra vaxtı keçir. Amma 2 illik müddət ərzində eyni sayta daxil olduğunuz təqdirdə həmin "cookie" fayl yenilənir və növbəti 2 illik müddət başlanır. 

 

Bununla belə, siz bu saytın əksər səhifələrini "cookie" fayllar söndürülmüş halda istifadə edə bilərsiniz. "Cookie" faylların sizin son avadanlıqlarda yerləşdirilməsini dayandırmaq üçün, konkret internet brauzerinizə müraciət edin.  Bir neçə hallarda "cookie" faylların bloklanması bəzi saytların funksionallığını azalda və ya seçdiyiniz brauzer parametrlərindən asılı olaraq həmin saytlara girişin qarşısını ala bilər. Bundan başqa, "cookie" faylları konkret internet brauzeriniz vasitəsilə asanlıqla silmək mümkündür. Amma bu o deməkdir ki, seçimləriniz saxlanılmayacaq. 

 

Daha ətraflı məlumatı www.aboutcookies.org saytında əldə edə bilərsiniz. Həmin link sizi yeni pərcərədə açılan başqa bir veb-sayta yönəldəcək.  BP şirkəti www.aboutcookies.org veb-saytının məzmununa görə cavabdehlik daşımır.

 

Məlumatların toplanılması və istifadəsi

Siz bu vast vasitəsilə hər hansı informasiya əldə etmək üçün müraciət etdikdə biz sizin barədə bəzi şəxsi məlumatlara ehtiyac duya bilərik. Bizə elektron məktub göndərərkən və ya ödənişsiz xəbərlərə və ya informasiyaya abunə olarkən bizə sizin elektron poçt ünvanınız, adınız və ya digər məhdud şəxsi göstəriciləriniz, adətən adınız və əlaqə nömrəniz lazım olur. Əgər informasiya, mallar, məhsullar və ya xidmətləri satın almaq qərarına gəlsəniz biz adətən bəzi əlavə məhdud maliyyə təfərrüatlarını tələb edirik. Məşğulluq ilə bağlı xidmətlər və ya məhsullar dair informasiya üçün müraciət etdiyiniz hallarda bizə adətən şəxsi göstəricilər, təhsil, iş təcrübəsi, ailə və maliyyə təfərrüatları barədə məhdud informasiya lazım olur. Müraciət etdiyiniz informasiya, mallar, məhsullar və xidmətləri istədiyiniz formada sizə təqdim etmək üçün, sizə aid şəxsi məlumatlar təhlil ediləcək. Məxfi xarakter daşıyan şəxsi məlumatları tələb etdiyimiz hallarda biz, həmin məlumatların Azərbaycan Respublikasının məlumatların qorunması və məxfiliyinin təmin edilməsinə haqqında qanunlarına ciddi şəkildə riayət olunmaqla toplanılması və istifadəsini təmin edəcəyik. Sizin icazəniz olmadan biz sizə aid təfərrüatları BP Qrupundan kənar heç bir şəxsə ötürməyəcəyik. BP şirkəti qlobal miqyasda fəaliyyət göstərdiyinə görə, təqdim etdiyiniz informasiya Avropa iqtisadi zonasından kənara ötürülə bilər. Bu və ya digər bütün məlumatların ötürülməsi təhlükəsiz və bizim müstəsna nəzarətimiz altında olaraq qalacaq. Xidmətlər müqabilində öz informasiyanızı təklif etdiyiniz hallarda "Qəbul edirəm" düyməsini basmaqla siz informasiyanın bu cür ötürülməsinə razılığınızı bildirirsiniz. Sizə aid şəxsi məlumatları ilkin olaraq nəzərdə tutulmuş məqsəddən fərqli olan yeni bir məqsəd üçün istifadə etmək istədiyimiz halda sizin razılığınızı almaq üçün sizə müraciət edəcəyik. Siz şəxsi məlumatların toplandığı zaman "razılıq" xanasında işarə etməklə həmin razılığı əvvəlcədən verə bilərsiniz.

 

Məlumatların saxlanılması

Xidmətlərin təkmilləşdirilməsi məqsədilə məlumatlar uzun müddət saxlanılır, sonra isə şəxsiyyətsizləşdirilir və eyniləşdirilməsi mümkün olmur. Yuxarıda təsviri verilən məlumatlardan başqa sizin barədə heç bir əlavə informasiya toplamırıq.

 

Sizə aid şəxsi məlumatlardan istifadə

Sizə aid şəxsi məlumatların istifadəsinə dair sorğu göndərmək istədiyiniz halda və ya məlumatların məxfiliyinin qorunmasına dair BP şirkətinin siyasəinə aid suallarınız olduqda bu linkdən istifadə etməklə ahmadovt@bp.com ünvanına elektron məktub və ya aşağıdakı ünvana poçt vasitəsilə məktub göndərməyiniz xahiş olunur: Azərbaycan, Neftçilər prospekti 153, BP Xəzər Mərkəzi. Biz sizə aid saxladığımız şəxsi məlumatlarınızın oxunaqlı surətini sizə 40 gün ərzində təqdim edəcəyik; bunun üçün sizdən şəxsiyyətinizi təsdiq edən sənəd tələb edəcəyik. Sizə saxladığımız məlumatları geri götürmək imkanı veririk və münasib hallarda siz həmin məlumatları sildirə, tamamlaya və ya həmin məlumatlara düzəliş və əlavələr etdirə bilərsiniz. Biz öz ziyarətçilərimizə onlara aid şəxsi məlumatların surətini təqdim etməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq, amma imtina etməyimizin səbəblərini açıqlayacağıq. Siz şəxsi məlumatlarınızın surətinin sizə təqdim edilməsindən imtina barədə qərarımıza qarşı etiraz etmək imkanına malik olacaqsınız.

 

Məlumatın açıqlanması və ziyarətçi seçimi

Siz istənilən vaxt abunəni ləğv edə və ya xidmətlərdən imtina edə bilərsiniz. İmtina etmə təfərrüatları müxtəlif BP saytlarında fərqli ola bilər, amma ümumilikdə bu, sadə bir prosesdir. Sizə aid şəxsi məlumatları yuxarıda qeyd edilən məqsədlərlə açıqladığımız hallarda sizə məlumatların açıqlanmasından imtina etmək üçün vasitələr təmin edirik. Bunun üçün siz, saytda şəxsi məlumatlar toplanan zaman münasib xananı işarə edə, ahmadovt@bp.com ünvanına elektron məktub və ya aşağıdakı ünvana poçt vasitısilə məktub göndərə bilərsiniz: Azərbaycan, Neftçilər prospekti 153, BP Xəzər Mərkəzi. Sizə aid şəxsi məlumatları yuxarıda qeyd edilənlərdən fərqli məqsədlərlə açıqladığımız hallarda sizə məlumatların açıqlanmasından əvvəl öz razılığınızı bildirmək imkanı yaradırıq.

 

Uşaqlar

BP şirkəti uşaqların məxfilik ehtiyaclarının qorunmasının tərəfdarıdır və biz, valideynlərə və qəyyumlara tövsiyə edirik ki, uşaqlarının onlayn fəaliyyətinə və maraqlarına fəal surətdə nəzarət etsinlər. BP şirkəti yaşı 13-dən az olan uşaqlardan informasiyanı bilərəkdən toplamır. Bundan başqa, BP şirkəti öz veb-saytlarını yaşı 13-dən az olan uşaqlar üçün nəzərdə tutmur.

 

Mühafizə

Biz nəzarətimiz altında olan şəxsi məlumatları qorumaq üçün təhlükəsizlik prinsipləri, qaydaları və texniki tədbirlər tətbiq etmişik və bunlar sayta şamil oluna bilən yurisdiksiya üçün münasib olan məlumatların məxfiliyi və qorunmasına dair qanunvericiliyə tam şəkildə uyğundur. Təhlükəsizlik tədbiləri məlumatların icazəsin əldə edilməsi, qeyri-münasib şəkildə istifadəsi və ya açıqlanması, icazəsiz dəyişdirilməsi və qeyri-qanuni surətdə məhv edilməsi və ya təsadüfən məhv olmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Hal-hazırda biz veb-saytımızın ziyarətçilərinə öz şəxsi məlumatlarını bizə göndərmək üçün təhlükəsiz ötürmə metodundan istifadə seçimini vermirik.

 

Şəxsi məlumatların qorunmasına dair tələblərə uyğunluq

Şəxsi məlumatların qorunmasına dair siyasətimiz Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur. Şəxsi məlumatların qorunmasına dair siyasətimizin yuxarıda qeyd edilən hüquqi instrumentlərə uyğunluğunu nümayiş etdirmək üçün biz, konüllü olaraq Özünü qiymətləndirmə prosedurunun yerinə yetirilməsi və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Məlumatların qorunması üzrə müstəqil orqan tərəfindən nəzarətin aparılması barədə öhdəlik götürmüşük. Məlumatların qorunmasına dair qanunlara düzəlişlər edilir və təkidlə tövsiyə edirik ki, şəxsi məlumatların qorunmasına dair bəyanatımızı müntəzəm olaraq yoxlayasınız.

 

Hiperlinklər

Sizin rahatlığınız və informasiya əldə bilməyiniz üçün BP şirkətinin veb-saytlarında üçüncü tərəf veb-saytlarında linklər nəzərdə tutula bilər. Həmin linklərə daxil olduqda siz BP şirkətinin veb-saytını tərk edəcəksiniz. BP şirkəti həmin saytları və ya onların şəxsi məlumatların qorunmasına dair metodlarına nəzarət etmir. Onlar BP şirkətinin metodlarından fərqli ola bilər. Biz üçüncü tərəf veb-saytlarını heç bir şəkildə təsdiq etmirik və ya onlar barədə heç bir bəyanatla çıxış etmirik. BP şirkətinin şəxsi məlumatların qorunmasına dair bəyanatı BP şirkətinə aid olmayan üçüncü tərəflərə vermək istədiyiniz şəxsi məlumatları əhatə etmir. Sizə tövsiyə edirik ki, şəxsi informasiyanızı təqdim etməzdən əvvəl həmin şirkətlərin şəxsi məlumatların qorunmasına dair siyasəti ilə tanış olasınız. Bəzi üçüncü tərəf şirkətlər öz şəxsi məlumatlarını BP şirkəti ilə bölüşmək istəyə bilər; məlumatların bu cür bölüşülməsi həmin üçüncü tərəf şirkətlərin şəxsi məlumatların qorunmasına dair siyasəti ilə tənzimlənir.