1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Şahdəniz
  5. Şahdəniz Mərhələ 2

Şahdəniz Mərhələ 2

 

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi ŞD Mərhələ 1 layihəsindən hasil olunan illik 10 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layıhədir.

Şahdəniz 2 və CQBKG-nin gedişatı

il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.

 

İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.

 

2022-ci ildə Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub cinahından hasilata başlanmışdır. 

 

Şərq-şimal cinahında həm sualtı, həm də Şahdəniz Bravo platformasında üst modullarda quraşdırma işləri davam etmişdir. Layihə çərçivəsində şərq-şimal boruları da daxil olmaqla dənizdə bütün boruların quraşdırılması işləri başa çatmışdır.

 

Şərq-şimal cinahının birbaşa elektrik isitmə kabelləri və hasilatı idarəetmə sistemləri üçün sualtı elastik kabellərinin düzülməsi, bağlanması və üst modullara birləşdirilməsi işləri davam etmişdir.

 

Ümumilikdə, şərq-şimal cinahında bütün sualtı quraşdırma işləri 2023-cü ilə planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam etmişdir.