1. Əsas səhifə
  2. Biz kimik
  3. Sosial Sərmayə Təşəbbüsləri

Sosial Sərmayə Təşəbbüsləri

Konsepsiya sənədlərinin təqdim edilməsinə dəvət

Biz Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər olan maraqlı tərəfləri Azərbaycanda Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində dəyərləndirilməsi üçün konsepsiya sənədlərini təqdim etməyə dəvət edirik

BP AGTR AÇG, BTC, CQBK və ŞD neft və qaz layihələrindəki tərəfdaşları adından öz obyektləri və fəaliyyətlərinin təsirinə məruz qalan sahələrdə davamlı olaraq ekoloji baxımdan təhlükəsiz qaydada, uzunmüddətli sosial-iqtisadi inkişafa nail olmaq üçün sosial sahəyə sərmayələr yatırmaq öhdəliyinə malikdir. BP və tərəfdaşları əməliyyatlarının təsir dairəsinə düşən icmaların və cəmiyyətin davamlı inkişafına yüksək önəm verir.

Bizim gələcəyə baxışımız: Dayanıqlı icmalardan dayanıqlı cəmiyyətlərə doğru inkişaf etməkdir

Sosial-iqtisadi vəziyyətin yaxşılaşması və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma üçün təsirazaltma tədbirləri tələb olunur ki, bu da hökumət, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təsisatların birgə səylərinə zərurət yaradır. Bu çətinliklərin öhdəsindən gəlmək xüsusən də iqtisadi artımın aparıcı qüvvəsi olan özəl sektor iştirakçılarının üzərinə düşür.

 

Son illər dünya iqtisadiyyatında yaranmış çətinliklər özəl sektordakı iştirakçıların fəaliyyət göstərdikləri mühitə qarşı sosial və ekoloji baxımdan daha həssas yanaşmalarına zərurəti artırır.

 

Bizim missiyamız: Əməliyyatlarımızın təsir dairəsinə düşən icmalarda və cəmiyyətlərdə müsbət dəyişikliyə nail olmaqla davamlı münasibətlər və əməkdaşlığa nail olmaqdır

 

GT Regionunda məsuliyyətli korporativ vətəndaş kimi fəaliyyət göstərən BP və tərəfdaşları öz əməliyyatlarının təsir dairəsinə düşən icmalara sərmayə yatırmaqdadır. Eyni zamanda, BP və tərəfdaşları hər zaman daha çox töhfə verə biləcəyi imkanları qiymətləndirir və ümumi sosial-iqtisadi inkişafı yaxşılaşdırmaqla əməkdaşlıq etdiyi cəmiyyətlərin inkişafına töhfə verir.


Biz davamlı layihələr həyata keçirməklə və dayanıqlı münasibətlər qurmaqla cəmiyyətə müsbət təsir göstərmək niyyətindəyik. Məqsədimiz Əməliyyatların Təsir Dairəsinə Düşən icmalarda əhalinin aztəminatlı təbəqəsinin inkişafına xidmət edən şərtləri və qeyri neft-qaz sektorundakı seçilmiş sahələrdə ölkə miqyaslı iqtisadi inkişaf üçün şəraiti yaxşılaşdırmaqdır. Məqsədimizə aşağıdakı hədəflər vasitəsilə çatmaq niyyətindəyik:

 

  • Kənd yerlərində ailələrin gəlirlərinin artırılması (dəyər zəncirlərinin inkişafı metodunu əsas götürülməklə);
  • Təhsildə yeni standartların yaradılması və mövcud standartların təkmilləşdirilməsi;
  • Kiçik və orta ölçülü sahibkarlığın inkişaf etdirilməsi;
  • Ehtiyaca əsaslanan və hədəf götürülmüş icmalarda sosial infrastrukturun yaxşılaşdırılması.
  • Biz hazırda yuxarıda qeyd edilmiş strateji hədəflər çərçivəsində onlarla layihələr həyata keçirməkdəyik.

Sosial Sərmayələr sahəsində ən yüksək keyfiyyətli layihələri həyata keçirmək və dayanıqlı nəticələrə nail olmaq üçün öz fəaliyyət sahələrində nisbi üstünlüyə malik olan nüfuzlu icraçı tərəfdaşlarla işləyirik.

 

Təqdim edilmiş konsepsiya sənədləri aşağıdakı mərhələlərdən keçəcək:

  1. Ərizəçi təşkilatlara konsepsiya sənədlərinin ilkin yoxlanılması mərhələsinin nəticələri barədə məlumat verilməsi;
  2. BP-nin Sosial Sərmayələr üzrə mütəxəssisləri və təchizat kateqoriyası üzrə mütəxəssisləri tərəfindən verilən davamlı şərh və rəylər, o cümlədən nümunələr əsasında uğurlu ərizəçi təşkilatlar tərəfindən tam şəkildə layihə təkliflərinin hazırlanması;
  3. BP-nin Sosial Sərmayələr üzrə mütəxəssisləri tərəfindən tam layihə təkliflərinin şirkət daxilindəki təqdimatı ilə bağlı Sosial Sərmayələr və Sponsorluq Şurasının verdiyi tövsiyə əsasında BP Rəhbərliyi tərəfindən layihənin maliyyələşdirilməsinin təsdiqlənməsi (növbəti mərhələyə keçid üçün şərt);
  4. Ərizəçi təşkilata rəhbərliyin qərarı barədə məlumat verilməsi;
  5. Son üç il ərzində BP ilə heç bir müqavilə münasibətləri olmamış ərizəçi təşkilatlar və şirkətlər üçün Şirkətin Kompleks Yoxlanılması prosesinin aparılması;
  6. Təşkilatın BP-də qeydiyyatı;
  7. Müqavilə razılaşmalarının hazırlanması və imzalanması;
  8. Layihənin icrasının başlanılması

BP-nin əməliyyatlarının təsir dairəsinə düşən icmaların siyahısına baxın

 

Seçim meyarları barədə daha ətraflı məlumat alın

 

Konsepsiya sənədlərinin ilkin seçim mərhələsində aşağıdakı meyarlardan istifadə edilir:

 

  1. Müraciət forması: Təkliflərin təqdim olunmasına dair sorğuda verilmiş düzgün ərizə formasından istifadə etmək məcburi xarakter daşıyır. İlk növbədə ayrıca MS Word formatında hazırlanmış konsepsiya sənədləri baxışa təqdim edilir. Elektron məktub və ya məlumatlandırıcı qeyd şəklində təqdim edilən hər hansı layihə ideyalarına baxılmayacaq və/ və ya onlar növbəti mərhələyə keçid üçün təsdiqlənməyəcək. Heç bir Sosial Sərmayə layihəsi mənfəət əldə etmək üçün nəzərdə tutulmur. Buna görə də, BP fərdi sahibkarları birbaşa maliyyələşdirmir.
  2. Strateji hədəflərə uyğunlaşma: Təqdim edilmiş istənilən konsepsiya sənədinin BP AGT-nin Sosial Sərmayələr üzrə regional məqsədinə və ölkə hədəflərinə uyğunlaşdırılmış öz məqsədi və hədəfləri olmalıdır. Buraya həmçinin Təkliflərin təqdim olunmasına dair sorğuda müəyyənləşdirilmiş minimum tələblər daxildir. Sosial Sərmayələr üzrə Strategiyanın hədəflərinə uyğunlaşdırılmamış məqsədləri və hədəfləri əks etdirən hər hansı konsepsiya sənədi qəbul edilməyəcək.
  3. Seçim üçün meyarlar: Təkliflərin təqdim olunmasına dair sorğunun verilməsi müsabiqə prosesi təşkil etmir. Formaya və strategiyaya uyğun hazırlanan bütün təqdim olunmuş konsepsiya sənədləri seçim üçün nəzərdə tutulmuş bir sıra meyarlar üzrə qiymətləndirilir. Lakin, illik büdcənin məhdud olduğunu nəzərə alaraq, yalnız bütün seçim meyarlarına cavab verən layihələr BP-nin Sosial Sərmayələr Təşəbbüsü tərəfindən maliyyələşdirilə bilər. Uğurlu konsepsiya sənədlərinin seçilməsində aşağıdakı meyarlar tətbiq olunur: BP-nin dəyərlərinə uyğunluq; Ehtiyac əsaslı dəstək; İqtisadi səmərəlilik; Hədəflərə yönəlmiş yanaşma; Təcrübə; Şəffaflıq; Sosial, iqtisadi və ekoloji; Dayanıqlıq strategiyası; Müvəffəqiyyətin ölçülməsi; Potensialın gücləndirilməsi; Təkrarlanmaya yol verməmə.  Bu meyarlara əsaslı şəkildə cavab verməyən hər hansı təqdim edilmiş konsepsiya sənədi rədd ediləcək.

 

Konsepsiya sənədinin təqdim olunmasına dair təlimatlar:

Konsepsiya sənədləri maksimum 3000 sözdən ibarət olmalıdır. Konsepsiya sənədində təklif olunan layihə barədə ilkin ideya verilməli və aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

 

  • Layihəyə dair əsas məqamlar;
  • Ümumi məlumat və ilkin ehtiyacların qiymətləndirilməsi üzrə nəticələr;
  • Layihənin adı;
  • Sənədin hansı prioritet sahə üzrə təqdim edildiyi barədə məlumat;
  • Hədəflər (bir yaxud daha çox);
  • Gözlənilən nəticələrin əldə olunması üçün təklif olunan fəaliyyətlərin siyahısı;
  • Davamlı inkişaf strategiyası;
  • Gözlənilən müddət;
  • Hədəf götürülmüş coğrafi yer;
  • Hədəf qrup(lar);
  • İcra planı (aylar üzrə bölünmüş);
  • Xərclərin təxmini bölgüsü verilmiş ilkin büdcə və büdcə siyahısındakı bəndlərin izahı;

 

Konsepsiya sənədlərində aşağıdakılar müəyyənləşdirilməlidir:

  • Müraciət edən təşkilatın adı;
  • Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
  • Keçmiş fəaliyyətlərin qısa tarixçəsi və təcrübədən çıxarılmış nəticələr;
  • Təşkilat daxilində ən azı 2 nəfər yüksək vəzifəli şəxsin əlaqə məlumatları, o cümlədən telefon nömrələri, ünvan və elektron poçt ünvanı.

 

Konsepsiya sənədi təqdim edən təşkilatın həmin konsepsiya sənədlərini və/ və ya təklifləri hazırlayarkən və təqdim edərkən çəkdiyi bütün xərclər və məsrəflər onun öz hesabına olacaq. BP konsepsiya sənədlərinin və təkliflərin hazırlanması və təqdim olunması ilə bağlı hər hansı xərclərə görə məsuliyyət daşımır.

 

Konsepsiya sənədləri və bütün yazışmalar elektron şəkildə olmaqla aşağıdakı ünvana göndərilir: cdi@bp.com. 

 

Sənədlərin təqdim edilməsi ilə bağlı hələ də sualınız varsa tez tez verilən suallara müraciət edin